"Google" şirkəti Gemini çat-botuna yeni funksiya əlavə edib. Artıq istifadəçilər təkcə mətn cavabları deyil, həm də interaktiv sxemlər və 3D modellər əldə edə bilirlər.
BAKU.WS "The Decoder" nəşrinə istinadən xəbər verir ki, bu yenilik istifadəçilərə məlumatları daha aydın və vizual formada qavramağa imkan yaradır.
Yeni funksiya sayəsində istifadəçilər üçölçülü obyektləri fırlada, dəyişənləri tənzimləyə və məlumatları birbaşa dialoq pəncərəsində araşdıra bilirlər.
Şirkət bildirir ki, bu alət mürəkkəb mövzuların daha dərindən başa düşülməsi üçün hazırlanıb.
Gemini can now transform your questions and complex concepts into customizable interactive visualizations directly in your chat.
— Google Gemini (@GeminiApp) April 9, 2026
Adjust variables, rotate 3D models, and explore data for a more immersive way to learn and explore in Gemini.
Funksiyadan istifadə etmək üçün Gemini-ni brauzerdə açmaq və Pro modelini seçmək lazımdır. Daha sonra "göstər", "vizuallaşdır" kimi sorğular vasitəsilə istənilən mövzu üzrə 3D qrafika yaratmaq mümkündür.
Qeyd edək ki, oxşar funksiyanı daha əvvəl "Anthropic" şirkəti də öz Claude çat-botu üçün təqdim etmişdi. Mart ayından etibarən bu xidmət də istifadəçilərə interaktiv diaqram və qrafiklər yaratmaq imkanı verir.
Xatırladaq ki, daha əvvəl OpenAI də ChatGPT üçün aylıq ödənişli tarif planını təqdim edib.