EN

"Yuventus" Spalletti ilə müqavilə yenilədi - Yerli mətbuat maaşını açıqladı

"Yuventus" baş məşqçisi Luçano Spalletti ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı Turin klubunun rəsmi saytı yayıb.

67 yaşlı mütəxəssis müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkib. Onun "qoca sinyora" ilə əvvəlki sözləşməsi cari mövsümün sonunda başa çatacaqdı.

Yerli mətbuat Spallettinin hər mövsüm üçün təxminən 6 milyon avro qazanacağını açıqlayıb.

Sözügedən mütəxəssis 2025-ci ilin 30 oktyabrından indiki postundadır. 31 oyuna 57 xal toplayan "Yuventus" A Seriyasının turnir cədvəlində 5-ci pillədə mövqe tutub.

Toğrul 

Chosen
20
1
fanat.az

2Sources