EN

Polisdən Qaradağda əməliyyat: 42 kq narkotik dövriyyədən çıxarılıb

Bakı. Trend:

Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanınarkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətovsaxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuatxidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 42 kiloqram 235 qram tərkibinə zərərlimaddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkiblimetadon həbi aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisindənarkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən,gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin(BNMİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuzdövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davametdirilir.

Chosen
17
26
az.trend.az

10Sources