Aprelin 11-i axşam və 12-si Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.