Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib.
Qaziler.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.