EN

Ombudsman təsisatı ləğv edildi KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatı ləğv edilib.

KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirilib.

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.

Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

Qanun səsə qoyularaq qəbul edilib./apa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
28
konkret.az

10Sources