EN

ADPU da xeyriyyə yarmarkası: Bir masa min ümid

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsində “Bir masa – min ümid” adlı xeyriyyə yarmarkası təşkil olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, universitetin struktur rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Yarmarkanın açılış mərasimində çıxış edən dosent Könül Həsənova belə təşəbbüslərin tələbələrdə sosial məsuliyyət hissinin formalaşmasına, xeyriyyəçilik ənənələrinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıb və tədbirin əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış müxtəlif qida məhsulları, şirniyyatlar və əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Eyni zamanda, proqram çərçivəsində tələbələrin ifasında rəqs nömrələri təqdim olunub, bu da tədbirə xüsusi rəng qatıb.

Qeyd edək ki, yarmarkanın keçirilməsində əsas məqsəd xeyriyyəçilik fəaliyyətini genişləndirmək, ehtiyacı olanlara dəstək göstərmək və tələbələr arasında həmrəylik mühitini gücləndirməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
azertag.az

1Sources