EN

Kişilər niyə qadın soyadına keçir? - Ölkədə mentalitet çökür?

Azərbaycanda son 3 il ərzində 200 nəfərə yaxın kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını götürüb. Belə ki, statistikaya görə təkcə bu ilin ilk 3 ayında 6, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 nəfər kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.
Bu məsələ cəmiyyətdə ciddi rezonans doğurib, müzakirələrə səbəb olub. Bir qisim hesab edir ki, bu addım Azərbaycan mentalitetinə uyğun deyil və ənənəvi ailə modelindən kənar davranışdır. Digər qisim isə məsələni şəxsi qərar və ailədaxili razılaşma kimi qəbul etməyin daha doğru olduğunu vurğulayır.

Bəs Bakı sakinləri bu haqda necə düşünür?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Chosen
29
1
musavat.com

2Sources