EN

Sumqayıtda idman gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək

Sumqayıt Olimpiya İdman Kompleksində kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarış kişilər arasında 31-ci, qadınlar arasında isə 10-cu dəfə reallaşacaq.

Aprelin 24-dən 25-dək davam edəcək yarışda idmançılar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə məharətlərini göstərəcəklər.

Chosen
7
4
fanat.az

5Sources