EN

Deputat ailələrin dağılmaması üçün yeni təklif irəli sürdü

Bakı. Trend:

Nikah bağlanarkən narkoloji tibb müəssisəsi tərəfindən verilmiştibbi müayinə haqqında rəyin təqdim olunması məqsədəuyğunolardı.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininüzvü Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında ƏməkMəcəlləsi və “Narkoloji xidmət və nəzarət haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanıdeyib.

Millət vəkili bildirib ki, narkotik vasitələrin qəbulu insansağlamlığına ən çox zərər verən vərdişlərdən biridir. Eyni zamandabu problem cəmiyyətə də ciddi ziyan vurur və bu asılılıq insantaleyinə mənfi təsir göstərir:

“Təəssüf ki, digər ölkələrdə olduğu kimi, bu problem bizimcəmiyyətimizdən də yan keçmir. Düzdür, digər ölkələrlə müqayisədəölkəmizdə bu sahədə göstəricilər daha aşağıdır. Bu da, sözsüz ki,dövlətimizin narkomaniyaya qarşı apardığı ciddi mübarizəninnəticəsidir. Müzakirə etdiyimiz qanun layihəsi işə qəbul olunanhəmən şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəbolacaq”.

Deputat müzakirə edilən məsələ ilə bağlı təklif də irəlisürüb:

“Nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibbmüəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin dətəqdim olunması məqsədəuyğun olardı. Təəsüf ki, bəzi hallarda,şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir vəbu da ailələrin dağılmasına səbəb olur. Əgər bu hallar öncədənmüəyyən edilərsə, boşanmaların sayı da azala bilər”.

Chosen
33
3
az.trend.az

4Sources