EN

Deşam "Real"ın baş məşqçisi ola bilər

Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ı çalışdıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

57 yaşlı mütəxəssis Madrid təmsilçisinin rəhbərliyinin qısa siyahısındadır.

Deşam əvvəllər DÇ-2026-dan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən istefa verəcəyini açıqlamışdı. O, 2012-ci ildən bəri milli komandaya rəhbərlik edir. Bundan əvvəl Deşam "Marsel", "Yuventus" və "Monako"nu çalışdırıb.

Chosen
16
2
bakivaxti.az

10Sources