Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ı çalışdıra bilər.
QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
57 yaşlı mütəxəssis Madrid təmsilçisinin rəhbərliyinin qısa siyahısındadır.
Deşam əvvəllər DÇ-2026-dan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən istefa verəcəyini açıqlamışdı. O, 2012-ci ildən bəri milli komandaya rəhbərlik edir. Bundan əvvəl Deşam "Marsel", "Yuventus" və "Monako"nu çalışdırıb.