EN

Belə həyat tərzi keçirən şəxslər 25 yaşda da ölə bilər

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

39 yaşlı vəzifəli şəxsin vəfat etməsi xəbəri cəmiyyətdə gənc və orta yaşlı insanlar arasında ölüm hallarına dair narahatlıqları yenidən gündəmə gətirib. Son dövrlərdə bu cür xəbərlərin daha tez-tez yayılması ictimaiyyətdə sağlamlıq, stress, həyat tərzi və tibbi nəzarət məsələlərinə dair sualların artmasına səbəb olur. Məsələ ilə bağlı Demokrat.az-a danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, 39 yaşlı vəzifəli şəxsin qəfil vəfatı, xüsusilə oturaq iş və hərəkətsiz həyat tərzi fonunda qiymətləndirilməlidir:“Oturaq həyat tərzi, yəni adinamiya yaşdan asılı olmayaraq 30, 40 və hətta 25-45 yaş aralığında belə qəfil ölüm riskini artıra bilər. Burada yalnız həyat tərzi deyil, eyni zamanda irsi-genetik faktorlar da mühüm rol oynayır. Mümkündür ki, həmin şəxsdə əvvəlcədən mövcud olan kardiovaskulyar və ya serebrovaskulyar risklər olub, lakin bu faktorlar nəzərə alınmayıb. Ümumilikdə isə belə halların artması göstərir ki, müasir həyat tərzi düzgün olmayan yuxu rejimi, hərəkətsizlik, qeyri-sağlam qidalanma və yüksək stress gənc yaşlarda belə ciddi sağlamlıq problemlərinə və qəfil ölüm riskinə səbəb ola bilir. Hətta aktiv olmayan, idmanla məşğul olmayan gənclərdə belə bu risklər daha da artır”. O deyib ki, gənclər çox zaman həkimə müraciətdən yayınırlar:“Ola bilər ki, metabolik sindrom və ya digər gizli gedən xəstəliklər mövcuddur, lakin vaxtında müayinə olunmadığı üçün bu problemlər aşkarlanmır. Gecikmiş müraciət isə vəziyyəti daha da ağırlaşdırır. Kardiovaskulyar və serebrovaskulyar xəstəliklər fonunda, xüsusilə tromboemboliya kimi ağır fəsadlar nəticəsində qəfil ölüm halları baş verə bilir. Bu isə profilaktik müayinələrin və vaxtında diaqnostikanın nə qədər vacib olduğunu bir daha göstərir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
demokrat.az

1Sources