EN

Göyçayda kanalda batan gəncin meyiti tapıldı

Martın 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur axtarışları davam edən 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti aşkar olunub.

"Unikal"ın məlumatına görə, meyit FHN-in Aran Dalğıc Axtarış Qrupu tərəfindən kanalın Hacıalı kəndi yaxınlığından keçən hissəsində tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Chosen
31
4
unikal.az

5Sources