EN

Əgər 24 saat ərzində razılaşma olmasa... Tramp yenə İranı HƏDƏLƏDİ!

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların uğursuz olacağı təqdirdə Tehrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyini bildirib. Ağ Ev rəhbəri “New York Post” qəzetinə açıqlamasında bildirib ki, ABŞ artıq mümkün hərbi ssenariyə hazırlaşır və ölkənin hərbi gəmiləri ən müasir silahlarla təchiz edilir.

“Biz hazırda yenidən yüklənirik. Gəmilərimizi indiyədək yaradılmış ən yaxşı sursat və silahlarla doldururuq. Hətta əvvəllər istifadə etdiklərimizdən də daha güclüdür. Əgər 24 saat ərzində razılaşma əldə olunmasa, biz onları tətbiq edəcəyik və bunu çox effektiv şəkildə edəcəyik”, – deyə Tramp bildirib.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
sia.az

2Sources