İtaliya millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, komanda hazırda U-21 millisinə rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb. 67 yaşlı mütəxəssislə iyun ayına kimi müqavilə imzalanıb. O, bu vəzifədə Cennaro Qattuzonu əvəzləyib.
Qeyd edək ki, Qattuzo İtaliya millisinin DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq mübarizəni dayandırmasından sonra istefaya göndərilmişdi.