AZ

İtaliya millisinə müvəqqəti baş məşqçi təyin olunub

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə İtaliya millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib.

Hafta.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.

Yığma hazırda U-21 millisinə rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb. 67 yaşlı mütəxəssislə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, bu vəzifədə Cennaro Qattuzonu əvəzləyib.

Qeyd edək ki, Qattuzo İtaliya millisinin DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq mübarizəni dayandırmasından sonra istefaya göndərilmişdi.

Seçilən
12
7
hafta.az

8Mənbələr