EN

Bakıxanov qəsəbəsində YOL PROBLEMİ: “Qazdılar, əvvəlki halına qaytarmadılar” – VİDEO

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsinin sakinləri yolun baxımsız qalmasından şikayətçidirlər.

NOCOMMENT.az xəbər verir ki, qaynar xəttə müraciət edən vətəndaşların sözlərinə görə, ərazi bir müddət əvvəl su və kanalizasiya sisteminin bərpası üçün qazılıb, lakin işlər başa çatdıqdan sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb.

Hazırda yolun bir hissəsi tamamilə yararsız vəziyyətdədir. Bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır.

“İki ilə yaxındır bu vəziyyətdədir, baxan yoxdur. Əziyyət çəkirik, yağışlı günlərdə buradan keçmək mümkün olmur”, – deyə sürücülərdən biri qeyd edib.

Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda asfalt qatının bərpası üçün müvafiq quruma sifariş verilib. Yaxın günlərdə ərazidə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur./Baku TV/

Chosen
19
2
nocomment.az

3Sources