AZ

Qazdılar, əvvəlki halına qaytarmadılar Bakıxanovda yol problemi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsinin sakinləri yolun baxımsız qalmasından şikayətçidirlər. Avtosfer.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, ərazi bir müddət əvvəl su və kanalizasiya sisteminin bərpası üçün qazılıb, lakin işlər başa çatdıqdan sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb.

Hazırda yolun bir hissəsi tamamilə yararsız vəziyyətdədir. Bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır.

"İki ilə yaxındır bu vəziyyətdədir, baxan yoxdur. Əziyyət çəkirik, yağışlı günlərdə buradan keçmək mümkün olmur", - deyə sürücülərdən biri qeyd edib.

Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda asfalt qatının bərpası üçün müvafiq quruma sifariş verilib. Yaxın günlərdə ərazidə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
avtosfer.az

3Mənbələr