Avropa Yaxın Şərqdəki böhran fonunda Rusiyadan qaz idxalını artırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
“Yamal LNG” layihəsindən idxal birinci rübdə 17% artaraq 5 milyon tona çatıb.
Aİ ölkələri bu qaz üçün təxminən 2,88 milyard avro xərcləyib.