“Qarabağ”ın futbolçusu Abdulla Zubir bu yay komandasını dəyişəcək.
“L”Equipe” nəşrinin məlumatına görə, 34 yaşlı vinger artıq Qətərin “Al-Şahaniya” klubu ilə müqavilə şərtlərini razılaşdırıb.
Əsas məsələ futbolçunun transferinin detallarıdı. Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədi.
Maraq üçün qeyd edək ki, ağdamlıların tarixinin ən önəmli fiqurlarından sayılır. Mərakeş əsilli fransalı “Qarabağ”ın heyətində 355 oyun keçirib, 77 qol vurub, 94 məhsuldar ötürmə edib.