EN

Premyer Liqa: “Qarabağ”, “Sabah” və “Neftçi” həlledici oyuna çıxır

BAKI, 11 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun daha üç oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında “Şamaxı” və “Qarabağ” komandaları üz-üzə gələcək.

Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. Hazırda Ayxan Abbasovun komandası 31 xalla turnir cədvəlinin 8-ci, Qurban Qurbanovun kollektivi isə 55 xalla 2-ci pilləsində qərarlaşıb.

Günün növbəti oyununda “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək. “Bank Respublika Arena”da saat 18:00-da start götürəcək görüşü FIFA referisi Tural Qurbanov idarə edəcək. Masazır təmsilçisi hazırda 65 xalla liderdir, “qartallar” isə 43 xalla 4-cü pillədə yer alır.

Günün son matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları qarşılaşacaq. “Ağ-qaralar” 40 xalla 5-ci, “qırmızı-ağlar” isə 39 xalla 6-cı sıradadır.

Azərbaycan Premyer Liqası

XXVII tur | 11 aprel

15:30. “Şamaxı” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu

18:00. “Sabah” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”

20:00. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Palms Sports Arena”

Qeyd edək ki, turun ilk matçında “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib. Tura aprelin 12-də yekun vurulacaq.

Chosen
32
teleqraf.com

1Sources