EN

Diş müayinəsi faciəyə çevrildi

ABŞ-nin Texas ştatında yaşayan Devin Vanterpul adi stomatoloji müayinədən sonra ağır vəziyyətə düşərək əlil olub.

NOCOMMENT.az xəbər verir ki, kişi diş ətində iltihabla bağlı həkimə müraciət edib. Müayinə zamanı diş ətləri qanamağa başlayıb və ehtimal olunur ki, məhz bu anda bakteriyalar qan dövranına daxil olub. Qısa müddət sonra – təxminən 45 dəqiqə ərzində – pasiyentin vəziyyəti qəfil pisləşib, onu titrətmə tutub və dərhal xəstəxanaya çatdırılıb.

Xəstəxanada vəziyyət daha da ağırlaşıb: ürəyi dayanıb, damarlarında tromblar yaranıb, toxumalar sürətlə nekrozlaşmağa başlayıb. Həkimlər onun həyatını xilas etmək üçün süni tənəffüs aparatına qoşublar.

Sürətlə inkişaf edən sepsis səbəbindən həkimlər radikal qərar verməli olublar – pasiyentin bir ayağı tam, digər ayağı dizdən aşağı, həmçinin bir əlinin pəncəsi və digər qolunun bir hissəsi amputasiya edilib./musavat

Chosen
24
1
nocomment.az

10Sources