EN

36 yaşlı kişini maşınla vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə gecə saatlarında rayonun Həsənqala kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
29
8
cebheinfo.az

10Sources