EN

Silvio Baldini – İtaliya millisinin yeni baş məşqçisi – ARENA.AZ

İtaliyanın U-21 millisinə rəhbərlik edən Silvio Baldini bu ölkənin futbol üzrə əsas millisinin müvəqqəti baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

67 yaşlı mütəxəssislə bu ilin iyun ayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu vəzifədə bir neçə gün öncə istefa vermiş Cennaro Qattuzonu əvəzləyib.

Xatırladaq ki, Cennaro Qattuzonun rəhbərlik etdiyi İtaliya millisi DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovina yığmasına uduzaraq mübarizəni dayandırmışdı. Bundan sonra həm federasiya rəhbərliyi, həm də Qattuzo istefa ərizəsi yazmaq məcburiyyətində qalmışdı.

Silvio Baldini 2025-ci ildən İtaliyanın U-21 millisinə rəhbərlik edir. O, daha öncə “Peskara”, “Krotone”, “Peruca”, “Palermo”, “Karrareze”, “Viçentsa”, “Empoli”, “Kataniya”, “Leççe”, “Parma”, “Breşiya”, “Kyevo”, “Syena”, “Massese”, “Viareccio” kimi İtaliya klublarında baş məşqçi kimi çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
6
arena.az

10Sources