EN

Bu ölkənin lideri xərçəngə TUTULDU

Ajans.az "Independent" nəşrinə istinadən xəbər verir ki, 72 yaşlı monarx müalicə üçün Çinə yollanacaq. Bildirilir ki, o və anası Norodom Moninet fevralın sonunda planlı müayinələr üçün Pekinə gediblər. Xərçəngin mərhələsi barədə məlumat verilməyib. Qeyd edək ki, Siamoninin atası Norodom Sianukda da 1993-cü ildə prostat xərçəngi aşkarlanmışdı və o, müalicədən sonra 2012-ci ilə qədər yaşayıb.

Siamoni 2004-cü ilin oktyabrında atasının taxtdan imtinasından sonra kral olub. O, daha əvvəl Kambocanın UNESCO-da səfiri kimi çalışıb və klassik balet rəqqası kimi tanınıb.

Chosen
18
Ajans.az

1Sources