EN

“Liverpul”dan o da ayrılacaq

Məhəmməd Salahdan sonra daha bir futbolçunun yayda “Liverpul”dan ayrılacağı məlum olub.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, müdafiəçi Endryu Robertson mövsümün sonunda komandanı tərk edəcək. 31 yaşlı şotlandiyalı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti yayda sona çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.

Endryu “Liverpul”da 2017-ci ildən çıxış edir. “Tottenhem”in onu azad agent kimi heyətinə cəlb etmək istədiyi bildirilir.

Chosen
55
1
football-plus.az

2Sources