EN

Hamı İlon Maskın atasının Rusiya ilə bağlı açıqlamasından danışır

"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu olan İlon Maskın atası Errol Mask növbəti dəfə diqqət çəkən açıqlamaları ilə gündəməm gəlib.

Publika.az TASS-a istinadən xəbər verir ki, o, Rusiyanın Nijni Novqorod şəhərində "Tesla"nın elektrik avtomobilləri zavodunun tikilə biləcəyini bildirib.

Errol Maks jurnalistlərə açıqlamasında qeyd edib ki, şəxsən o, Nijni Novqorodda zavod tikməklə bağlı heç bir problem görmür.

Məşhur amerikalı sahibkarın atası deyib: "Mən böyük şirkətlərin burada fabrik tikməsi üçün imkanlar görürəm. Hətta Tesla da burada zavod tikə bilər".

Errolun bu iddiası və təklifi birmənalı qarşılanmayıb. Avropanın bəzi məşhur saytları artıq ABŞ-nin açıq şəkildə Putinlə biznes əməkdaşlığına başladığını, "Tesla"dan sonra Rusiyaya nəhəng investisiyalar axınına start veriləcəyini yazıb.

Chosen
35
publika.az

1Sources