EN

Paşinyanın kortejində qəza: Ölən və yaralanan var

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb...

Poliqon xəbər verir ki, hadisə 11 aprel səhər saatlarında Kuçak-Aparan yolunda qeydə alınıb.

İlkin məlumata əsasən, Daxili İşlər Nazirliyinə məxsus "Honda" markalı avtobus "Nissan" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində bir nəfər həyatını itirib, 12 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Hadisədən sonra Paşinyan sosial şəbəkədə Aparan şəhərindən video paylaşaraq səfərinin davam etdiyini göstərib. (Milli.Az)

Poliqon.info

Chosen
21
33
poliqon.info

10Sources