EN

Məşhur reper xərçəndən öldü

13:09 11.04.2026
13:09 11.04.2026

Amerikalı məşhur reper Afrika Bambaataa (Lans Teylor) vəfat edib.

Mynews.az xəbər verir ki, o, 68 yaşında ABŞ-nin Filadelfiya şəhərində dünyasını dəyişib. Məlumata görə, o, xərçəng xəstəliyinin yaratdığı ağırlaşmalar səbəbindən vəfat edib.

Qeyd edək ki, Bambaataa hip-hop mədəniyyətinin yaradıcılarından biri sayılır. 1970-ci illərin sonlarında "Universal Zulu Nation" adlı təşkilatı quraraq bu mədəniyyətin dünyada yayılmasına töhfə verib.


Chosen
7
7
mynews.az

9Sources