EN

Övladlarının gözü qarşısında arvadını boğaraq öldürən şəxsin cinayət işinin bəzi detalları məlum olub

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Arvadını amansızlıqla qətlə yetirən Ziyəddin Quliyevin cinayət işinin bəzi detalları məlum olub. 

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin aprelin 20-də paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində baş verib.

Belə ki, Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanın, 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsini, dəfələrlə döyməsindən hiddətlənib. Eyni zamanda cinayət hadisəsindən təxminən bir həftə qabaq isə arvadının bıçağı qızdırıb qızının ayağına sıxaraq uşağa ikinci dərəcəli yanıq xəsarəti yetirməsini əsas gətirərək, Ziyəddin əvvəlcədən yatmış vəziyyətdə olduğu zaman arvadını boğaraq qəsdən öldürmak qərarına gəlib. 

Ziyəddin 20 aprel 2025-ci il tarixdə, saat 06 rədalərində ailə üzvləri yatdıqları zaman yataqxananın ümumi mətbəxinə gedərək həmin mətbəxdə divardan asılmış uzunluğu 445 sm olan ağ rəngli elektrik naqilini əldə edib. 

Ziyəddin iki nəfərlik çarpayıya çıxaraq, arvadı Aysel Qurbanovanın yuxuda olmasından istifadə edərək, naqili dördqat edib onun boğaz nahiyəsinə keçirib. 

Daha sonra arvadını boğmağa başlayıb. 

Aysel Qurbanova yuxudan oyanaraq əlləri ilə naqili tutmaqla müqavimat göstərməyə çalışsa da, bunu bacarmayıb. 

Belə ki, o, dizini Ayselin belinə qoyaraq naqili daha qüvvətlə sıxanda, Aysel Qurbanova ayaqları ilə təpik ataraq pəncərənin şüşəsini sındırıb. 

Bu zaman səs-küyə həmin otaqda digər, iki mərtəbəli çarpayıda yatmış vəziyyətdə olan uşaqlar yuxudan oyanıb. 

Uşaqlar nə baş verdiyini soruşanda, ata qızına analarının xəstələndiyini deyib öz hərəkətinə davam edib. Ziyəddin övladlarının gözü qarşısında arvadını naqillə boğaraq xüsusi amansızlıqla öldürüb. 

Bununla da, Ziyəddin Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə araşdırılır. 

Orxan Rasifoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
1
unikal.az

10Sources