EN

Türkiyə parlamentinin keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib



Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.

Newscenter.az xəbər verir ki, siyasətçi 93 yaşında müalicə aldığı xəstəxanada həyatını itirib.

Xatırladaq ki, H.Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, hüquqşünas kimi fəaliyyət göstərib. O, siyasi karyerasına 1960-cı il dövlət çevrilişindən sonra qapadılan Demokrat Partiyasında başlayıb. Bundan sonra Doğru Yol Partiyasının (DYP) qurucularından olub və uzun illər onun sədri olub.
Chosen
39
11
newscenter.az

10Sources