Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.


Rekord.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına uduzub 2:5.


Görüş Tiflis şəhərindəki İdman Sarayında keçirilib.


Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç da ev sahiblərinin (4:2) qələbəsi ilə bitib.


Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.