Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Yevgeni Kukseviçin çalışdırdığı kollektiv ardıcıl ikinci dəfə üz-üzə gəldiyi Gürcüstan seçməsinə 2:5 hesabı ilə məğlub olub.
Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.
Təmsilçimiz aprelin 9-da eyni məkanda Gürcüstana yenilmişdi - 2:4.
Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçlarına çıxacaq.
Toğrul