EN

Ömrünü musiqi təhsilinə həsr edən 80 yaşlı Qəmər xanım

Ömrünü musiqi təhsilinə həsr edən 80 yaşlı Qəmər xanım

Respublikanln Əməkdar Mədəniyyət işçisi, tanınmış pedaqoq Qəmər Quliyevanın 80 yaşı tamam olur.

AFN.az xəbər verir ki, ömrünün böyük hissəsini ölkə mədəniyyətinin inkişafına, uşaq və gənclərin musiqi təhsilinə həsr edən Qəmər xanım əmək fəaliyyətinə Səbail rayonundakı Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində başlayıb və 36 il ərzində bu məktəbə rəhbərlik edib.

Bu illər ərzində minlərlə uşaq və yeniyetməyə musiqi təhsili verib, yüzlərlə tanınmış, xalqımızın sevimli musiqiçisini yetişdirməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib.

Bu əlamətdar yubiley münasibətilə Qəmər xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, hər zaman olduğu kimi səmimi, gülərüz və şən olmasını arzu edirik.

Chosen
17
2
afn.az

3Sources