EN

“Sabah” “Zirə” oyunu qollu heç heçə ilə bitib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 aprel, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ikinci görüşündə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olub.

Matç 2:2 hesablı heç-heçə ilə bitib.

Bu nəticədən sonra “Sabah” 66 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Zirə” isə 44 xalla 4-cüdür.

Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Daha əvvəl “Şamaxı” - “Qarabağ” matçında qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
5
azertag.az

7Sources