AZ

"Sabah" - "Zirə" oyunu heç-heçə ilə bitib

Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"Unikal"ın məlumatına görə, günün ikinci görüşündə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olub.

Matç 2:2 hesablı heç-heçə ilə bitib.

Bu nəticədən sonra “Sabah” 66 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Zirə” isə 44 xalla 4-cüdür.

Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Daha əvvəl “Şamaxı” - “Qarabağ” matçında qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.

Seçilən
1
4
unikal.az

7Mənbələr