Pakistanın paytaxtı İslamabad şəhərində İran və ABŞ nümayəndə heyətləri arasında başlayan danışıqlar artıq 4 saata yaxındır ki, davam edir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyinin bölgəyə ezam olunmuş müxbiri yayıb.
Məlumata görə, tərəflər arasında görüş İslamabad vaxtı ilə saat 17:30-da start götürüb. Müzakirələrin gedişində texniki detalların və detallı məsələlərin ön plana çıxması ilə görüşə ekspert qrupları da cəlb olunub. Yerli vaxtla saat 21:00 radələrində danışıqların hələ də yekunlaşmadığı bildirilir.
Görüş zamanı nümayəndə heyətlərinin məsləhətləşmələr üçün qısa fasilə verdiyi, lakin dərhal sonra müzakirələrin bərpa edildiyi qeyd olunur. Hazırda danışıqların bu axşam başa çatacağı və ya növbəti günə uzadılacağı barədə rəsmi məlumat yoxdur. Proses beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.
Musavat.com