Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın iki hərbi gəmisinin Hörmüz boğazından keçdiyini iddia edir.
Publika.az xəbər verir ki, Heqset bu barədə "X" sosial şəbəkəsində hesabında yazıb.
Onun sözlərinə görə, gəmilər Fars körfəzində "daha geniş missiya" çərçivəsində fəaliyyət göstəriblər. Məqsəd boğazı əvvəllər SEPAH tərəfindən yerləşdirilmiş dəniz minalarından tamamilə təmizləməkdir.
Eyni zamanda, "Axios" portalı ABŞ və İran nümayəndə heyətlərinin İslamabaddakı danışıqları fonunda Amerika hərbi donanmasına aid bir neçə gəminin Tehranla koordinasiya yaratmadan Hörmüz boğazını keçdiyini xəbər vermişdi.
Bununla belə, İranın dövlət teleradio şirkəti ölkənin ali komandanlığındakı mənbəyə istinadla ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Hörmüz boğazını keçməsi barədə məlumatı təkzib edib.