Qan təzyiqi yalnız insan sakit olduqda və ağır yorğunluq hiss etmədikdə ölçülməlidir.
Medicina.az xəbər verir ki, terapevt İrina Yartseva qan təzyiqini ölçərkən "əsas səhv"dən danışdı.
"Fiziki işdən, idmandan və ya emosional söhbətdən sonra qan təzyiqini ölçmək böyük bir səhvdir”.
Bu hallarda qan təzyiqinin niyə ölçülməməli olduğunu izah edən mütəxəssis qeyd etdi ki, yaşanan stress səbəbindəntəzyiq daha yüksək olacaq.
"Qan təzyiqinizi ölçməzdən əvvəl sakitləşməli və ya dincəlməlisiniz".
Elektron təzyiq ölçən cihazdan istifadə edənlər üçün həkim təzyiqi üç dəfə ölçməyi tövsiyə etdi - orta göstərici faktiki göstəricini göstərəcək. Bundan əlavə, təzyiq ölçərkən manjet növbə ilə sağ və sol qollara qoyulmalıdır. Həkimin sözlərinə görə, elektron cihazla təzyiq ölçərkən ilk göstəriciyə reaksiya verməməlisiniz, çünki monitor dərhal düzgün dəyəri "göstərmir".
Aygün Musayeva