EN

Yüksək Liqa: “DH Volley” ilk finalçı oldu – ARENA.AZ

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) yarımfinal mərhələsinin cavab matçlarına start verilib.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində yarımfinal mərhələsi çərçivəsində “DH Volley” komandası “Milli Aviasiya Akademiyası” ilə qarşılaşıb.

Gərgin keçən bu oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.

Cütün ilk qarşılaşmasında “DH Volley” 3:0 hesabı ilə qalib gəldiyindən komandaların qələbələri bərabərləşib və “Qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “DH Volley” 15:12 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda mübarizə aparacaq.

Mükafatlar uğrunda keçiriləcək oyunlarda komandaların rəqibləri 13 apreldə “Turan” və “Gəncə” arasında baş tutacaq digər yarımfinal qarşılaşmasından sonra müəyyənləşəcək.

Qeyd edək ki, reqlamentə əsasən yarımfinal mərhələsinin oyunları ev və səfər prinsipi üzrə iki görüşdən ibarətdir. İki oyunun nəticəsinə görə qələbələrin sayı bərabər olarsa, qalib “Qızıl set” vasitəsilə müəyyən edilir.

Yüksək Liqa
Yarımfinal, 2-ci oyun
11 aprel

“DH Volley” – “Milli Aviasiya Akademiyası” 2:3 (16:25, 25:16, 20:25, 25:19, 15:17)
Qızıl set 15:12

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
3
4
arena.az

10Sources