EN

ABŞ və İran arasında birbaşa danışıqların birinci mərhələsi başa çatdı

İslamabadda ABŞ və İran arasında birbaşa danışıqların birinci mərhələsi əsas məsələlər üzrə yazılı mətn mübadiləsi ilə başa çatıb.Metbuat.az xəbər verir ki, bu barədə İranın IRIB saytı məlumat yayıb. Bildirilir ki, danışıqların növbəti mərhələsi bu gecə və ya bazar günü davam edə bilər.

Qeyd edək ki, bu gün Pakistanın vasitəçiliyi ilə İslamabadda ABŞ və İran arasında yüksəksəviyyəli danışıqlar başlayıb. Bu, 1979-cu ildə İslam Respublikasının qurulmasından bəri İran və ABŞ arasında ən yüksəksəviyyəli birbaşa danışıqlardır. ABŞ tərəfdən danışıqlara Vitse-prezident Cey. Di. Vens rəhbərlik edir. Heyətə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner də daxildir. İranın nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edir. Nümayəndə heyətində İranın xarici işlər naziri Abbas Əraqçi da təmsil olunur.

Chosen
31
23
metbuat.az

10Sources