EN

Prezident İlham Əliyev Xanoba kəndinin balaca sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Sonra dövlətimizin başçısı və Birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.

Day.Az xəbər verir ki, Prezident İlham Əliyev balaca kənd sakini Ayazla söhbət edib. 

Səmimi söhbət zamanı balaca sakin dövlət başçısından qırmızı "KamAz" istəyib. 

Qısa müddət sonra Prezident İlham Əliyev uşağın arzusunu gerçəkləşdirərək onun ailəsinə "KamAZ" markalı yük avtomobili hədiyyə edib.

Chosen
31
day.az

1Sources