EN

Yüz minlər meydana çıxdı – Seçkiöncəki sonuncu gecə mitinqi

Macarıstanın paytaxtı Budapeştdə yüz minlərlə insan müxalifətin son seçki mitinqinə qatılıb. Musavat.com xəbər verir ki, gecə saatlarında keçirilən aksiyalar şəhərin müxtəlif meydanlarını doldurub.

Yayılan görüntülərdə xüsusilə iştirakçıların əllərində tutduğu işıqlar diqqət çəkir – minlərlə işıq şəhərə fərqli mənzərə verib. Mitinq iştirakçıları seçkilər ərəfəsində son dəfə güc nümayişi edərək səhər baş tutacaq həlledici siyasi qarşıdurmaya hazır olduqlarını göstəriblər.

Qeyd olunur ki, artıq müxalifət tərəfdarları son mitinq üçün tam səfərbər olunub və seçkilər öncəsi yekun gücünü ortaya qoyur.

Musavat.com

Chosen
44
musavat.com

1Sources