EN

Britaniyada yanacaq oğurluğu halları artıb

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Böyük Britaniyada yanacaq qiymətlərinin artması fonunda avtomobillərə yanacaq vurub ödəniş etmədən uzaqlaşma halları çoxalıb.AZXEBER.COM "The Times"a istinadən xəbər verir ki, bəzən hətta bahalı avtomobil sahibləri də bu cür davranışlara yol verirlər.Məlumata görə, mart ayında 500 yanacaqdoldurma məntəqəsində oğurluq nəticəsində gündəlik ziyan 27 faiz artaraq 10,6 min funt sterlinqə çatıb.Həmçinin ödəniş edə bilmədiyini iddia edən sürücülərin sayı 22 faiz artıb. Bəzi qrupların isə yanacağı iri qablarla dolduraraq sonradan daha ucuz qiymətə satdığı bildirilir.Qeyd olunub ki, ölkədə benzinin qiyməti mart ayında 1,58 funt sterlinqə, dizelin qiyməti isə 1,91 funt sterlinqə qədər yüksəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
3
azxeber.com

4Sources