Almaniyanın "Yunion" klubu baş məşqçisi Şteffen Baumqart ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, komanda mövsümün sonuna qədər Mari-Luiza Etaya tapşırılıb.

Bu təyinatla 34 yaşlı mütəxəssis Bundesliqa tarixində kişi komandasına rəhbərlik edəcək ilk xanım baş məşqçi kimi tarixə düşüb.

O, əvvəllər klubun U-19 komandasında və əsas komandanın məşqçilər korpusunda fəaliyyət göstərib.

Hazırda 32 xalı olan "Yunion" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.