EN

Türkiyədə məşhurlar saxlanıldı − İlker İnanoğlu, Cem Adrian...

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbulda yerləşən “Lucca” məkanına basqın edilib.

Məlumata görə, əməliyyat narkotik maddələrlə bağlı aparılan araşdırmanın yeni mərhələsi çərçivəsində həyata keçirilib.

Saxlanılanlar arasında şou-biznes nümayəndələri Samet Liçina, Elif Karaarslan, Mika Slowana və Özlem Parlu olub.  Aktyor İlker İnanoğlu və müğənni Cem Adrian haqqında isə saxlanılma qərarı çıxarılıb.

Saxlanılanlar arasında məkan sahibi Cem Mirap da olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
7
yeniavaz.com

8Sources