EN

Salyanda avtomobil aşıb, ölən və yaralılar var

Salyan, 12 aprel, AZƏRTAC

Salyan rayonunda nəqliyyat vasitəsinin aşması ilə nəticələnən yol qəzası zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı "Opel" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində Valiyə Abdulla qızı Paşayeva ölüb, xəsarət alan Anar Natiq oğlu Paşayev və Mirməhəmməd Anar oğlu Paşayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Chosen
22
2
azertag.az

3Sources