“Qarabağ Mechack 9030” robototexnika komandası dünyanın ən nüfuzlu mühəndislik yarışlarından biri olan "FIRST Robotics Competition" (FRC) çərçivəsində keçirilən beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edib.
"Football-plus.az" xəbər verir ki, komanda “Gotham Regional” mərhələsində 39 kollektiv arasında "Top-15"ə düşməyi bacarıb.
Fərdi və komanda nailiyyətləri baxımından da nəticələr diqqətəlayiqdi. Komandanın iki üzvü "Leadership" (liderlik) nominasiyası üzrə fərqlənərək final mərhələsinə yüksəlib.
Bununla yanaşı, komandanın mentoru robototexnika sahəsində xüsusi nüfuza malik olan "Woodie Flowers Award" nominasiyası üzrə final mərhələsinə yüksəlib ki, bu da komandanın inkişafında mentorluğun mühüm rol oynadığını bir daha təsdiqləyir.