EN

İsveç Rusiyadan gələn gəmini saxladı

İsveç Sahil Mühafizəsi Panama bayrağı altında üzən və Rusiyadan İspaniyanın Las-Palmas şəhərinə yola düşən "Hui Yuan" adlı quru yük gəmisində yoxlama aparıb.

BAKU.WS-in SVT telekanalına istinadən verdiyi məlumata görə, gəmi ekipajı açıq dənizə kömür tozu axıtmaqda şübhəli bilinir. Bildirilir ki, sahil mühafizəçiləri göyərtədən kömür qalıqlarının birbaşa suya boşaldılması anını qeydə alıblar.

Hadisədən sonra gəmi prokurorluğun göstərişi ilə İsveçin İstad şəhəri yaxınlığında saxlanılıb. İsveçin Ekologiya və Əmək Məsələləri üzrə Milli Departamentinin prokuroru Hokan Andersson kapitana qarşı ittiham irəli sürüləcəyini təsdiqləyib.

"Gəmi kömür tozunu birbaşa dənizə axıdıb. Bu, Ekoloji Məcəllənin pozulmasıdır. Kapitanın ifadəsini almağı planlaşdırırıq", – deyə prokuror qeyd edib.

Chosen
24
far.az

1Sources